Maraqlı

Bütün dövrlərin 10 əsas gözəllik tendensiyası - FOTO

11 Yanvar 2017 23:07
1 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kembric hersoginyası Keyt Middltonun saçı bütün dövrlərin əsas gözəllik tendensiyası seçilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, tədqiqatçılar bütün zamanların 50 ən mühüm gözəllik trendini seçib.

Birinci yerdə bütün dünyada milyonlarla qızın yüz illərlə istifadə etdiyi ölməz qırmızı dodaq boyası olub. Qırmızı pərəstişkarları arasında məşhur şəxslər də az deyil. Dita fon Tiz, Ancelina Coli, Skarlett Yohanson və başqaları qırmızı dodaq boyasına üstünlük verirlər.
İkinci yerdə uzun illərdir ki, öz mövqeyini qoruyub saxlayan dumanlı göz makiyajı gəlib. Reytinqin üçüncü pilləsində Teylor Sviftin çox sevdiyi sürmə ilə çəkilən uzun oxlar olub.
Keyt Middltonun yüngül və uzun dalğalı saçı bütün zamanların ən populyar saç stili seçilib.

1. Qırmızı dodaq boyası

2. Dumanlı göz makiyajı

3. Klassik oxlar

4. Fransız manikürü

5. Təbii makiyaj

6. Yüngül dağlalı saçlar

7. Fransız bebetta saç stili

8. Bob-kare

9. Karandaşla edilmiş makiyaj

10. Çəhrayı dodaq boyası

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.