Maraqlı

Dünyanın sonunun vaxtı dəyişdi

24 Yanvar 2015 21:52
1 Şərh     Baxış: 3 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya Beynəlxalq Nüvə Tədqiqatları İnstitutu Qiyamət Gününün vaxtını 2 dəqiqə irəli çəkib.

Milli.Az anspress-ə istinadən bildirir ki, 1947-ci ildən bu yana dünyanın qarşı-qarşıya qaldığı təhlükələrə diqqət çəkmək məqsədilə hazırlanan simvolik Qiyamət saatının vaxtı dəyişdirilərək 11:57-yə kimi gətirilib.

Belə bir addım 1984-cü ildə "soyuq müharibə" zamanı həyata keçirilmişdi. O illərdə də Qiyamət saatının vaxtı dəyişdirilərək 11:57-yə kimi gətirilmişdi.

Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun alimləri bəyan edir ki, yeni vaxta riayət olunmazsa, dünyada baş verən proseslərin heç də yaxşılığa doğru getməyəcək. Alimlər bildirir ki, saatın vaxtının dəyişdirilməsi qlobal iqlim dəyişikiliyi ilə əlaqədardır.

Qeyd edək ki, Qiyamət saatının vaxtı bu günə qədər 1947-ci ildən bu yana dünyada baş verən proseslərlə əlaqədar 18 dəfə dəyişdirilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.