Maraqlı

Məşhur müğənninin özəl VİDEOLARI hərraca çıxarıldı

7 Dekabr 2016 16:25
3 Şərh     Baxış: 2 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı auksion evi "Ted Owen & Co" öz müştəriləri üçün musiqi eksklüziv kolleksiya hazırlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, auksion evi Beyonsun 10 yaşında çıxış etdiyi konsertlərin videoyazılarının kolleksiyasını hazırlayıb. Kadrlarda gələcək dünya şöhrətli ulduz "Tyme Girls" uşaq qrupunun tərkibində oxuyur. Video 90-cı illərin əvvəllərində çəkilib.

Videoyazılar peşəkar və keyfiyyətli alınıb. Odur ki, alıcıların razı qalacağı dəqiqdir. Azyaşlı olmasına baxmayaraq səhnədə özünü olduqca sərbəst aparan Beyons bu kadrlarda sübut edir ki, pop janrının kraliçası olmağa layiqdir.
Auksion lotoya 12 videokasset daxildir. Kassetlərin qiymətləri isə təxminən 3,8 milyon dollara başa gəlirb Alıcının bu kassetləri hansı qiymətə alacağı isə 2017-ci ilin yanvarında məlum olacaq.

Potensial alıcıların marağını oyatmaq videoyazıların sahibləri bir neçə kadrları sosial şəbəkədə paylaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur müğənninin özəl VİDEOLARI hərraca çıxarıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.