Maraqlı

İvana Sertdən məsləhətlər - FOTO

5 Dekabr 2016 22:37
3 Şərh     Baxış: 2 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moda sahəsinin tanınmış siması olan İvana Sert kök qadın və kişilərə bəzi məsləhətlər verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, kök insanların necə geyinməsi barədə bunları deyib:

"Bir qüsur varsa, bunu ortaya çıxarmamaq lazımdır. Sadəcə qadınlar deyil, kişilər üçün də deyirəm. Əgər qarnınız varsa, o qarnı heç kimin gözünə soxmayın. Yəni qarını örtmək lazımdır. Korsetlərdən istifadə edin, çox vacibdir. Uzun boylu qadınlar hündür dikdaban ayaqqabı geyinməməlidir, daha alçaq dabanlı ayaqqabılar seçmək lazımdır. Ətəkləri isə uzun ola bilər. Qısa boylu qadınlar isə uzun ətək geyinməsin".

Türk qadınlarının geyimlərini seçərkən bədənlərinin fiziki quruluşuna uyğun seçim etməmələrinin vurğulayan İvana dəbin sürətlə dəyişdiyini, bu zaman uyğunlaşdırmalarda səhvlər ola biləcəyini istisna etmir:

"Amma əsas olan bədəninə görə geyinməkdir. Məsələn, qadın saçını bəyənmirsə, bədən rənginə görə geyinməlidir. Əsmər qadınlara canlı rəng tonları gedir. Sarışın qadınlara isə daha "soft" tərzi geyimlər lazımdır.

Qarınlı kişilərə məsləhətlər verən İ.Sert deyib:

"Kök kişilər xəmir yeməklərindən uzaq dursunlar. Çoxlu idman etsinlər. Çoxlu ət yesinlər. Çünki əti hər kəs sevir və ət adamı kökəltmir. Məsələn, köynək geyinmisinizsə, üstünə başqa bir şey geyinməyin, qat-qat geyinməyin. Pencək geyinərkən bir ölçü böyüyünü alın. Bu, qarnınızı düz göstərəcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.