Maraqlı

Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı

2 Dekabr 2016 23:25
0 Şərh     Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni və bəstəkar Emre Kayanın şəxsi həyatı ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İstanbul Ailə Məhkəməsində 6 ay əvvəl açılan məhkəmə işindən bəlli olub ki, Emre meneceri Gizem Demirlə gizlicə boşanıb.

Media hətta onların nə zaman evləndiyi barədə xəbərsiz imiş. Cütlüyün 2011-ci ildə ailə qurduğu, uşaqları olmadığı üçün evliliklərində problem yarandığı ortaya çıxıb. Bir müddət ayrı yaşayan tərəflər boşanma qərarı veriblər. 

Məhkəmədə Gizem və Emrenin bir-birindən heç bir şey tələb etmədikləri, razılaşdıqları bildirilib. Hakim onları rəsmən boşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.