Maraqlı

Rianna şahzadə Harri ilə bayram keçirdi - FOTO

1 Dekabr 2016 23:54
1 Şərh     Baxış: 1 333

Karib hövzəsində 15 günlük turnedə olan Britaniya şahzadəsi Harri Barbadosdadır.

O, Barbadosun dövlət müstəqilliyinin 50 illiyi münasibətilə təntənəli tədbirlərə qatılıb.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, 32 yaşlı Harri Barbadosun paytaxtı Bricstaunda 28 yaşlı müğənni Rianna ilə görüşüb.

Dünən axşam saatlarında Rianna və şahzadə Harri "Toast the Nation" tədbirindən sonra bayram konsertinə birlikdə yollanıblar.

Bu günsə şahzadə və müğənni QİÇS/HİV virusu əleyhinə 20 dəqiqə davam etmiş peyvəndləməyə məruz qalıblar.

Daha sonra onlar volontyorlarla görüşüblər, hospitala baş çəkiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GULLER XANIM · 2 Dekabr 12:4600

    Hmmm

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.