Maraqlı

Səhər yeməyində fərqli dad: çörək pizza - RESEPT

2 Dekabr 2016 08:36
12 Şərh     Baxış: 2 370

Səhər yeməyində fərqli dad istəyənlər üçün çörək pizza yaxşı bir seçimdir. Üstəlik boyat çörəklərinizi tullamağa ehtiyac qalmayacaq. Milli.Az lent.az-a istinadən asan hazırlanan çörək pizza reseptini təqdim edir.

Lazım olan ərzaqlar:
 
9-10 dilim çörək və ya tost çörəyi
 
1 ədəd yumurta
 
Acı bibər
 
Pomidor
 
Kolbasa
 
Sosiska
 
Zeytun
 
Holland pendiri
 
Ərzaqları istəyinizə görə dəyişdirə bilərsiniz.
 
Sousu üçün:
 
2 yemək qaşığı zeytun yağı
 
1/2 yemək qaşığı tomat
 
2 diş sarımsaq
 
1 pomidor
 
1 ədəd qənd
 
Duz
 
İstiot
 
Kəklik otu (istəyə görə)
 
Hazırlanması:
 
Sousu üçün əvvəlcə rəndələnilmiş sarımsaqlarla yarım qaşıq tomatı qızdırılmış zeytun yağında qarışdırın. Rəndələnilmiş pomidoru də əlavə etdikdən sonra duz, şəkər, istiot və kəklik otunu qatıb qatılaşana qədər bişirin. Sonra soyumağa qoyun.
 
Yumurtaları ayrı bir qabda çırpın, pendiri rəndələyin. Digər ərzaqları istədiyiniz şəkildə doğrayın. Çörəklərin üstünə sousu sürtüb ərzaqları üzərinə düzün. Sonra yumurtanı az-az hər çörəyin üstünə tökün. Axırda rəndələnilmiş pendirləri səpin və 180 dərəcəlik sobada təxminən 25-30 dəqiqə bişirin.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Maya · 2 Dekabr 08:4710

    Bəh bəh

    Cavab yaz
  • Anonim
    Maya · 2 Dekabr 08:4800

    Sabahiniz xeyr.

    Cavab yaz
  • Anonim
    Maya · 2 Dekabr 08:4800

    Sultan salam

    Cavab yaz
  • Anonim
    Maya · 2 Dekabr 08:4800

    Sirvanlı salam

    Cavab yaz
  • Anonim
    Vefa · 2 Dekabr 09:0700

    Daha ne desen var yaxşi olar da bu qeder erzağı ne etsen asan da deyil heç

    Cavab yaz
  • Anonim
    Sirli Melek · 2 Dekabr 09:1111

    sabahiniz xeyir. ela reseptdi. cox beyendim. sabah mutleq hazirlayacam.

    Cavab yaz
  • Anonim
    Tebiet · 2 Dekabr 10:0910

    Mən hazır dilimlənmiş çörəyin (N 1çörəkləri )üstünə təkcə holland pendiri, 2-3 dilim pomidor birdə doğranmış çəfəri səpirəm, 10-15 dəq sobada bişir, qızıma səhər yeməyində verirəm. Pomidorun üstünə azacıq duz da səpirsən çox dadlı olur.

    Cavab yaz
  • Anonim
    Maya · 2 Dekabr 11:0100

    Məndə bəyəndim. Asan başa gələndi

    Cavab yaz
  • Anonim
    asi · 2 Dekabr 11:3200

    Xoşladım..

    Cavab yaz
  • Anonim
    hikmet · 2 Dekabr 12:0500

    Cox sevirem pizzani.Yemiyenlerede meslehet gorurem

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 12:3800

    Ela

    Cavab yaz
  • Anonim
    xxx · 2 Dekabr 14:4220

    dede baba adeti şirinçay ve pendir beh beh

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.