Maraqlı

Sevgilinizi belə yerlərə aparın

2 Dekabr 2016 08:29
21 Şərh     Baxış: 1 951

Qışın soyuq günlərində insanların romantikaya və istiliyə daha çox ehtiyacı olur. Bu fəsildə romantik təkliflər də gözəl səslənir. Milli.Az lent.az-a istinadən sevgilinizlə keçirə biləcəyiniz romantik dəqiqələr barədə bəzi ipucları təqdim edir.

Qəhvə içməyə gedin
 
Qış ayları romantik bir qəhvə fasiləsi üçün ən ideal zamanlardan biridir. İsti, şirin və ya ədviyyatlı içkiləri birlikdə dadın. Xüsusilə qəhvə verilən məkanlarda yumşaq oturacaqlar sizə ideal mühit yaradacaq. Qəhvə sevməniz şərt deyil, bu yerlərin zəif işıqları və romantika iy verən havası sizə əhval-ruhiyyə verəcək.
 
Yemək dərslərinə qatılın
 
Qışda çöldə edə biləcəyiniz fəaliyyətlər məhdud olduğu üçün bəzilərindən yararlanmaq lazımdır. İçəri məkanlarda edilə biləcək fəaliyyətlərin darıxdırıcı olacağını düşünməyin. Xoş və qeyri-adi fəaliyyətləri sınamaqda fayda var. Bunun üçün qatılacağınız hər hansı bir yemək kursu bir-birinizi daha yaxşı tanımanızı və maraqlı dəqiqələr keçirməyinizi təmin edəcək.
 
Vannanı doldurun
 
Qışda ən romantik təkliflərdən biri də bu ola bilər. Sevgiliniz gəlməzdən əvvəl hazırlayacağınız romantik bir duş mühitində vannanı isti suyla doldurun və birlikdə özünüzü istinin rahatlaşdırıcı təsirinə və sevgilinizin qollarına təslim edin. Əgər büdcəniz uyğundursa, bir otel otağında, hamam vannasında da romantik bir gecə keçirə bilərsiniz.
 
Bir qış eşqbazlığı edin
 
Şəhərin xaricində romantik bir həftəsonu keçirə biləcəyiniz gözəl məkan seçin. Məsələn, kiçik bir dağ oteli və ya göl kənarında təbiətlə iç-içə ağacdan hazırlanmış otellər. Sevgilinizlə şəhərin bütün stressindən uzaqda təklikdə keçirə biləcəyiniz ən ideal həftəsonu üçün bunu edə bilərsiniz.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

21 Şərh:

  • Anonim
    ...Pozitiv Olun... · 2 Dekabr 08:5030

    uşaqları neynəyək bəs

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 2 Dekabr 10:4321

      Neneler bes ne gunde lazimdir?Usaqlari neneye tapsirmaq, neneni de usaqlara tapsirmaq.

      Cavab yaz
      • Anonim
        gunay · 2 Dekabr 12:1820

        uşaglarnizi neneye

        Cavab yaz
    • Anonim
      ayka · 2 Dekabr 10:4410

      nenesi gile qoy

      Cavab yaz
      • Anonim
        gunay · 2 Dekabr 12:3900

        aydlndl ya siz uşaglarnizi bize qoyarsan axi qohumug

        Cavab yaz
    • Anonim
      Iqtisadci · 2 Dekabr 11:0411

      Nenesinin yanina qoyun)))

      Cavab yaz
  • Anonim
    Iqtisadci · 2 Dekabr 09:1713

    En cox vanna fikrinden xosum geldi)))

    Cavab yaz
    • Anonim
      ayka · 2 Dekabr 11:1200

      aydlndiya sen uşaglari bagcaya qoyarsan

      Cavab yaz
  • Anonim
    Heybet · 2 Dekabr 09:3322

    Biri var idi mende bunlarin ucunude ona eledim. Gudurdu. Mashin istedi menden. Ele bildi gazam.,

    Cavab yaz
    • Anonim
      Heybet-e · 2 Dekabr 12:0011

      Bos bos yene yazirsan

      Cavab yaz
      • Anonim
        Heybet 12-00 · 2 Dekabr 13:0711

        Sen oxuma. Cekil giraga

        Cavab yaz
        • Anonim
          Heybet-e · 2 Dekabr 14:1000

          Gozume girir neyniyim

          Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 2 Dekabr 10:0311

    Qis aylarinda heeeecccc bir romantika gormurem,en yaxsisi gedesen rayona oturasan pecin qiraqinda, pecin ustun doldurasan sabalidnan soyub yeyesen isti-isti,elunde de qeseng bir roman oxuya oxuya ozuncun , aqzunda islesin.,sonra cay sokolad varenni ele pecin qiraqinda suzub icesen.Ozude yerde oturasan ,soykenesen divara duz pecin boyrunde.Qayinanam demişkən ''Bir kış deyən olmasin ,yəni narahat eden olmasin

    Cavab yaz
  • Anonim
    Iqtisadci · 2 Dekabr 11:0302

    En xosu gelen "Vannani doldurun" fikri oldur. Bir anliga hemin ani tesevvur eledim...)))

    Cavab yaz
  • Anonim
    Yagiw yagir · 2 Dekabr 11:5001

    Bucur romantika kinolarda olur)

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 12:3901

    Like lap menim isdediklerimi yaziblar

    Cavab yaz
  • Anonim
    Hali · 2 Dekabr 14:0600

    Biz tez-tez romantik yerlere gedirik

    Cavab yaz
    • Anonim
      yegane · 2 Dekabr 15:5200

      Hali siz gedirsiz sizin hec haliniz varki gedesiz nic nic %

      Cavab yaz
  • Anonim
    Niko · 2 Dekabr 15:4600

    Yox birrrrr.........

    Cavab yaz
    • Anonim
      ayka · 2 Dekabr 19:0200

      şirvanli salam gordun nece ara qatima sence duz etdim sene zeng edirem niye acmirsan

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.