Maraqlı

Bu toy o toydan deyil - VİDEO

1 Dekabr 2016 22:10
4 Şərh     Baxış: 2 788

UNİCEF dünyada 700 milyondan çox qızın 18 yaşını tamamlamadan evləndiyinə və bunlardan 250 milyonunun 15 yaşdan kiçik olduğuna diqqət çəkmək üçün videoçarx hazırlayıb.

1 dəqiqə 32 saniyəlik videoda oyun oynadığı dostlarından ayrılmaq məcburiyyətində olan uşaq gəlin canlandırılır və UNİCEF bu video ilə hər kəsi haqsızlıqla mübarizə aparmağa, uşaq evliliklərinə son qoyulmasına çağırıb.
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki,  UNİCEF-in son statistik məlumatlarında 18 yaşından tez evlənən qadınlarda məktəbə davamiyyətin aşağı düşdüyü, ailədaxili şiddətə məruzqalma səviyyəsinin isə artdığı vurğulanıb. 20 yaşındakı qadınlardan fərqli olaraq yeniyetməlik çağında olan qızların hamiləlik zamanı yaşadıqları problemlərdən dolayı həyatlarını itirmə riskinin yüksək olduğu bildirilir.
 
"Save The Children" (Uşaqları qoruyun) təşkilatının rəhbəri Karolin Miles dünyada hər 7 saniyədə bir 15 yaşdan kiçik bir qızın evləndirildiyini, 13, ya da 24 yaşına gəlmədən uşaq sahibi olduğu üçün həyatının təhlükəyə girdiyini açıqlayıb. K.Milesin sözlərinə görə, qız uşaqlarının yaxşı yaşadığı ölkələrin siyahısına İsveç, Finlandiya, Norveç, Hollandiya, Belçika liderlik edir. 144 ölkənin olduğu siyahıda Amerika 32-ci yerdədir. Ən pis durum Nigeriya, Çad, Orta Afrika Cümhuriyyəti, Mali və Somalidədir. Türkiyə isə bu siyahıda 55-ci sırada yerləşib.
 
"Save The Children" təşkilatının məlumatına görə, 2030-cu ildə uşaq evliliklərinin sayı 700 milyondan 950 milyona kimi yüksələcək.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu toy o toydan deyil

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 23:1520

    Kecen defe verilmisdir movzu nece basa dusmedim heyetde oynuyur sonra aparirlar oqlan evine ?Aldadirlar guya evcik oynuyurlar adam dehsete gelir bu ne demekdir 12-13 yasinda qizi ere vererler???

    Cavab yaz
  • Anonim
    Nina · 1 Dekabr 23:3070

    Dünyanız dağılsın.13yaşlı uşağı necə ərə vermək olar. O özü elə uşağdıda.Dünyada necə valideyinlər var İlahi.Mən 16yaşıma qədər kuklalarıma palyar tikirdim.Nə ərə getmək.İnsan dəhşətə gəlir.20yaşdan aşağı qızı ərə verməyin tam əleyhinəyəm.Qız mqtləq təhsilini tamamıamalı sənət sahibi olduğdan sonra ərə getməlidir.

    Cavab yaz
    • Anonim
      GULLER XANIM · 2 Dekabr 14:0500

      Like

      Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 14:0500

    Yox esi daha neler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.