Maraqlı

1 vedrə qızılı apardı: ilin ən maraqlı oğurluğu - VİDEO - FOTO

1 Dekabr 2016 11:13
2 Şərh     Baxış: 2 377

ABŞ-ın Nyu-York şəhərində baş vermiş oğurluğu polisləri və kriminalistlər "ilin ən maraqlı oğurluğu" adlandırırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Nyu-Yorkun Manhetten səmtində baş verib.

İnkassator avtomobili zərgər dükanının qarşısında durub. İnkassatorlar qızıl dolu kiçik vedrələri daşımağa başlayanda onlardan biri cib telefonunu yoldaşından almaq üçün maşından bir qədər aralanıb. Bu zaman yoldan keçən kişi furqon tipli maşına yaxınlaşıb, içi qızıl dolu vedrəni götürərək aradan çıxıb.

Vedrədə 1,6 milyon dollarlıq qızıl vardı. Qızılın ümumi çəkisi 39 kq idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

1 vedrə qızılı apardı: ilin ən maraqlı oğurluğu

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Emi · 1 Dekabr 11:1700

    Bele adama deyirler basdan tuk aparan.Ele ogurlayib ki,kimsenin ruhu incimeyib.

    Cavab yaz
  • Anonim
    Rena · 1 Dekabr 11:4400

    Deqiq bu firuzenin bir vedre qizilidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.