Maraqlı

Dünyada qəbul olunan KİŞİ ANLAYIŞI - FOTO

2 Dekabr 2016 07:21
6 Şərh     Baxış: 1 369

Dünya ölkələrində kişilərin yaraşıqlı olması ilə bağlı müxtəlif ölçülər var. Milli.Az publika.az-a istinadən dünyanın müxtəlif ölkələrində ideal kişinin necə olduğunu göstərən yazını təqdim edir:

ABŞ
Amerikada ideal kişi mütləq enli kürəkli və döş əzələləri isə şişirdilmiş olmalıdır. Buna "V-sayağı" bədən quruluşu deyirlər. Son dövrlərdə ağ amerikalı kişilər arasında saqqallı və dama-dama köynək dəbdədir. Bunu isə "lumbersexual" (seksual odunçu) adlandırmağa başlayıblar.

Meksika
"Maçizm" və ya "kişi şovinizmi" meksikalı kişilərinin dəyişilməyən və lazım olan atributlarından biridir. Tədqiqatlar göstərib ki, meksikalı kişilər ənənəvi dəyərlərə riayət edərək, qadınlara qarşı "maçizm" istifadə edirlər.

Braziliya
Ağ dərililər qara dərililərə nisbətən daha çox səlahiyyətə və nüfuza sahibdir. Xurma və düz saçlı kişilər bu ölkədə sərhədsiz ixtiyara sahibdir. Günəşdən qaralmış, əzələ yığmış bədən və alman üz cizgiləri Braziliya kişilərinin əsas gözəllik amilidir.

Cənubi Afrika
Açıq dəri gözəl sayılır. 2014-cü ildə "Men's Health South Africa" və "GQ South Africa" jurnallarında çəkilən modellərin 70% ağdırlar. "Google"-da "ən seksual Cənubi Afrika kişiləri"nə axtarış verəndə regionun ağ dərili məşhurlarını göstərir. Dərinin ağardan krem isə kişilər arasında özünə qulluq vasitələrindən ən məşhurudur.

Nigeriya
Burada ideal kişi mütləq güclü və möhkəm bədənə sahib olmalıdır. Kişinin əsl əlamətləri - fiziki güc, cəsurluq, əminlik, mərdlik və emosiyaların olmamasıdır.

Türkiyə
Ənənəvi türk gözəlliyi özündə getdikcə daha çox romantik elementlər daxil edir. "Archives of Sexual Behavior" elmi jurnalında dərc olunan tədqiqatların nəticəsinə görə türk qadınlar sinəsi tüksüz kişiləri sevir. Olar bilər məhz buna görə kişilər arasında ən populyar kosmetik prosedura bədəndə tüklərin alınmasıdır.

İtaliya
İtaliya kişi modasının Məkkəsidir. İtalyan kişiləri bədənlərinə kip oturan kostyum geyinirlər. Onlar rənglərlə eksperiment eləməyi sevmirlər.

Böyük Britaniya
Model və professional ingilis futbolçuları ideal kişi obrazına nümunə gətirilir. Saça qulluq, intim yerlərin tüksüz olması burada yayılıb. Və birdə bədənin tatulu olması kişini seksual etdiyini düşünürlər.

Hindistan
Müasir Hindistan kişisi əminlik saçmalıdır, həmçinin başqa kişilər üzərində öz gücünü sübut etməlidir. Dərinin ağardan krem isə kişilər arasında çox məşhurdur.

Cənubi Koreya
Burada qarışıq tipləri sevirlər: əzələ yığmış bədə və incə üz cizgiləri. Zövqlü geyinməli və makiyajdan istifadə etmək bacarığı da olmalıdır. Plastik əməliyyatlar Cənubi Koreya kişiləri arasından getdikcə məşhurlaşır.

Filippin
Ənənəvi kişi xüsusiyyəti: ailəyə kömək, seksual yetkinlik və özünü idarə. Son zamanlardan ideal "maço" obrazı yerini "metroseksual"a buraxır.

Avstraliya
Avstraliyada aparılan sorğuda "özünüzdə ən çox nəyi dəyişmək istərdiniz" sualına, kişilər daha hündür, daha qədd-qamətli və inkişaf etmiş əzələlərə sahib olmaq istədiklərini cavab veriblər.

Rusiya
Rusiya çox böyük ölkədir, ona görə burada müxtəlif kişilər sevilirlər. Əsas odur ki, əmin baxışları və güclü əlləri olsun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Eh · 2 Dekabr 08:2801

    Bunların hamısından mənim yoldaşım həm yaraşıqlıdı həmdə yaxşıdı.Təbii ki mənim gözümdə

    Cavab yaz
  • Anonim
    Heybet · 2 Dekabr 09:5222

    Azeri kiwisi. 1 kiwinin garni olar 2 kiwi kamaz surer 3 kiwiden solyarka benzin iyi geler 4 kiwinin arvad uwagi olar. 5 kiwi meymun kimi tuklu olar 6 kiwi kobud olar 7 kiwi vurub yixan olar. 8 kiwi ev tiker ozune ve saire

    Cavab yaz
  • Anonim
    kişi · 2 Dekabr 10:1501

    Azerbaycan :kişilere aparılan sorğuda xanımların ayaqlarını yuyması sart.

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 13:5110

    Yasasin ABS

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 2 Dekabr 13:5210

    Israil ABS

    Cavab yaz
  • Anonim
    xxx · 3 Dekabr 10:4800

    kişi kimdi kişi kimi özünü aparan ,bütün günü saclarını laklayıb dar şalvar geyinen yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.