Maraqlı

Evdə it saxlamağın İNANILMAZ FAYDALARI

30 Noyabr 2016 23:46
18 Şərh     Baxış: 1 847

Milli.Az lent.az-a istinadən bildirir ki, aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, o zaman bu materialı oxuyun və evdə it saxlamağın inanılmaz faydaları ilə tanış olun.

Xərçəngi təsbit edir
 
İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.
 
Qan şəkərinizə nəzarət edər
 
Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.
 
Depressiyanın qarşısını alar
 
Aparılan araşdırmalara görə, itlər saçdığı enerji ilə insan psixologiyasına müsbət təsir edir və bu da sahibin daha az depressiyaya düşməsinə kömək edir.
 
Allergiyaya qarşı müqaviməti artırır
 
Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır.
 
İdman etmənizə kömək edər
 
İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. 

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Tebiet · 30 Noyabr 23:5511

    Evdə yox həyətdə saxlamaq istərdim.

    Cavab yaz
  • Anonim
    sultan · 1 Dekabr 00:0055

    Chox pis baxiram. It hara evde birlikde yashamaq, iyrenc bir sheydir,

    Cavab yaz
  • Anonim
    Denn · 1 Dekabr 00:0957

    It ikinci murdar heyvandır. Olmaz

    Cavab yaz
    • Anonim
      maraqlıdı · 1 Dekabr 00:3910

      bəs birincisi nədir?

      Cavab yaz
  • Anonim
    S · 1 Dekabr 00:4220

    Insannan murdari yoxdu.

    Cavab yaz
  • Anonim
    Adyaz · 1 Dekabr 01:0000

    It biznesi basdadi

    Cavab yaz
  • Anonim
    the uk · 1 Dekabr 01:2230

    onu kim deyirse cox sehfeliyir itder bezi insanlardan daha temizdi qaldiki mundar olsun

    Cavab yaz
  • Anonim
    Xanim · 1 Dekabr 02:5910

    It cox vefali heyvandir. Sadece bizlere ushaq yashlarinan deyilibki, it murdardi evde saxlamaq olmaz. Her zaman heyetlerde it saxlanilib qoruyucu kimi. Indi bezi shoo biznes adamlari bashlayiblar it saxlamaga guya it saxlamaqnan ozlerini elit gosterirler. Elit it saxlamaqnan olsaydi itler hamisi elit olardi.

    Cavab yaz
  • Anonim
    Aydin · 1 Dekabr 06:2110

    islam şeriet bele demir ama ona gore duz fikir deil it heyetde olmalidi evde yox.

    Cavab yaz
  • Anonim
    Aydin · 1 Dekabr 06:2910

    Hansi elmi araşdirma menbe delil hardandi ?

    Cavab yaz
  • Anonim
    Sherci · 1 Dekabr 06:5011

    It saxlanilan eve melekler girmez. (imam Sadiq e.s) iti heyetde saxlayarlar,evde yox,mundar heyvandi,ne qeder temizlesen de pak olmaz. serhimi verin zehmet olmasa.

    Cavab yaz
  • Anonim
    xxx · 1 Dekabr 07:2110

    it olan eva melekler girmir

    Cavab yaz
    • Anonim
      xxx-ə · 1 Dekabr 09:2301

      Bəs əzrayıl?

      Cavab yaz
  • Anonim
    Mehemmed · 1 Dekabr 07:3922

    bu xeberi yazan yeqin ki muselmansan...evde it saxlamag dinimizde qadagan edilib,melekleri o evden uzaglawdirir sechin indi it yoxsa meleyler?!

    Cavab yaz
  • Anonim
    Elena · 1 Dekabr 08:4664

    Əvəlla itə murdar deyən özü murdsldı,bir ay küçədə yaşasa ac susuz itdəndə beşbətər murdal və aqressiv olar !İtin sanitar normada saxlansa it insandan təmiz olur! İnsandan fərqli olaraq itdə riyakarlıq,paxıllıq,dünya malında nəfsi yox,yalanı yox,və ən əsası insanda ən az təsadüf olan vəfa var!İnsan isə yaxşılıqa yaman olur!İt saxlayan insanlar qəddar olmur,bütün canlılara məhəbbətlə yanaşır!İnsan öz heyvanına xəyanət edir ,allahın yaraddığına qəddar münasibət bildirir!Mənim də itim var və hər səhər məni məcbur edir ki qəzməyə qedək ,və hər səhər itlə hərəkət edirəm 2saat və nə piylənmirəm nədə ayağım ağrayır baxmayaraq ki kifayət qədər yaşım var!Pərişan olanda o öz sevqisini bildirir!Öz evladlarımı danlayanda onlar cavab qaytarırlar amma iti danlayanda başını aşağı salır və bəzəndə əllərimi yalayır ! Düzdü bu heyvanı saxlamayan və uşaqlıqdan heyvanlara qarşı qəddarlığı aşılayanlar bunu başa düşməzlər!Bü qün heyvan üstündə qəddarlıq sabah isə insan üstündədə istifadə edər!

    Cavab yaz
    • Anonim
      Inerrant14 · 1 Dekabr 10:1051

      Elen xanım.İt hər nədisə amma zatən murdardı donuz kimi.İslam dininə tabe olan adam daha ikinci söz üçün jek açmaz.Elmi ictimai adam öz fikrini bildirəndə azından heç olmasa "məncə""zənnimcə"eşitdiyimiə görə"və s.deyər,yoxsa digər fikir bildirənlərə hücüm çəkməz və "özü murdardır"deməz.Ağlınıza vurun bir iti müdafiə etmək üçün dəyərmi başqa insanları təhqir etmək"öü murdardır"demək.Sizcə halallıq almağa hetiyac yoxdur.Deyirsiniz insandan fərqli formada it belədi elədi,neynək.Nisbətən qəbul edirəm.Çünki bu səhifədə it mbizi təhqir eləmədi,diqqət!!!Sizə kim deyib ki itə və ya istənilən heyvana qəddar olmalı.Əgər məntiqinizi ali şüar və deviz götürsək onda siz bir növ ədalətsizliyə və mərhəmətsizliyə addım qoymusnuz.Sadaladığınız bəzi insanlığa zidd keyfiyyətlər təkcə itdə tox,pişikdə,muşda,və bir neçə heyvanlarda var.Amma siz yalnız itə şəfqət göstərib sair heyvanlara biganəsiniz.Əgər siz başqa dinin nümayəndəsisinizsə onda müsəlmanların əqidəsinə ehtiram edib hücüm çəkməzdiniz.Siz də insansınız.

      Cavab yaz
      • Anonim
        Inerrant14 · 1 Dekabr 10:4122

        Qısa klavuatura səhvinə düzəliş.....Sadaladığınız bəzi insanlığa zidd olmayan keyfiyyətlər təkcə itdə tox,pişikdə,muşda,və bir neçə heyvanlarda da var.Məsələn meymun da qeybət eləmir,paxıllıq eləmir,riyakarlıq eləmir məndə əlavə edim özünü başqalarından üstnü bilmir,eqoistlik eləmir və sair.Bəzi ifadələriniz bir bir birinə zidddir.Məs."İt saxlayan insanlar qəddar olmur.....!İnsan öz heyvanına xəyanət edir..İt məgər heyvan deyil?İt saxlayan da məgər insan deyil?İt saxlayan(insan)qəddar olmayıb heyvanına(itinə)xəyanət edir!??

        Cavab yaz
    • Anonim
      amin · 1 Dekabr 10:3614

      cox gzel yazmisiniz elena xanim bu dunyada insannan murdari yoxdu araq icen soyu soye tecavuz eden kimdir vehsi insanlar

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.