Maraqlı

Böyrəyindən kərgədan kimi daş çıxdı

24 Yanvar 2015 23:21
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanda qaçqın düşərgəsində 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə kərgədan fiquruna bənzəyən bir daş çıxıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Sudanda doqquz ay boyunca könüllü həkimlik edən İzmirli həkim Dəniz Arslan qaçqın düşərgəsində yaşayan 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə eynilə kərgədan fiquruna bənzəyən daş çıxarıb.

2006-ci ildə baş nazir olan Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə istehsalına başlanan Sudan Nyala Türkiyə Təhsil və Araşdırma Xəstəxanası bölgədə xalqın son ümid yeridir. Dəniz Arslan 3 milyon yarım əhalisi olan bölgədə tək uroloq olduğunu və su çətinliyi səbəbindən uşaqlarda belə böyrək daşı xəstəliyi tez-tez qeydə alındığını bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.