Maraqlı

Serenay Sarıkaya: "İnsanlar mənə soyuq təsir bağışladı" - FOTO

27 Oktyabr 2016 12:08
8 Şərh     Baxış: 23 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Nizami Kino Mərkəzində "İkimizin yerinə" filminin qala-gecəsindən sonra mətbuat konfransı keçirilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, mətbuat konfransda filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıb.

Bakıya ilk dəfə gəldiyini deyən Serenay Sarıkaya şəhəri bəyəndiyini deyib: "İlk dəfədir ki, belə izdihamla qarşılaşıram. İnsanların sevgisini hiss etmək, əlbəttə ki, gözəl duyğudur. Öz adıma deyə bilərəm ki, filmimizin Azərbaycandakı qala-gecəsinə qatıldığım üçün çox məmnunam. Təəssüf ki, Nejat İşlər işlərinin çoxluğundan dolayı gələ bilmədi. Yeri gəlmişkən, onunla tərəf-müqabili olmaq çox rahat idi".

Aktrisa filmdəki rolundan da danışıb. Sözügedən filmdə başqa qadının həyatını təkrar yaşayan aktrisa həyatda rolu qədər güclü ola bilmədiyini bildirib: "Filmdə Çiçəyin başına gələnlər çox ağır hadisələrdir. Mən onun qədər güclü ola bilməzdim. Eyni hadisə mənim başıma gəlsəydi, təxmin belə edə bilmərəm ki, nə hisslər keçirərdim. Bacımın olduğunu və onun həyatını yaşadığımı öyrəndiyim səhnələrdə çətinlik çəkdim, həm də təsirləndim. Filmdə anamın mənə qarşı olan münasibəti isə məni sevmədiyini göstərmir".

Filmdə ağrıların insanı dəyişdirdiyini və gücləndirdiyini deyən aktrisa şəxsi həyatından da söz açıb: "Şəxsi həyatımı radikal dərəcədə dəyişən hadisə yaşamamışam. Hamımızın həyatında böyük və kiçik olmasından asılı olmayaraq bizi dəyişdirən ağrılı-acılı günlərimiz olub. Və yaşadığımız hər hadisənin bizi formalaşdırdığına, böyütdüyünə inanıram. Həyata necə baxdığımız da önəmlidir. Mən həmişə yaşadıqlarımdan müsbət nəticələr çıxarmağa çalışıram. Odur ki, keçmişə baxdığımda ağrı hiss elədiyim hadisə olmayıb. Bütün hallarda məni bu səviyyəyə gətirib çıxardığı üçün həyatımda baş verən hadisələrə minnətdaram".

Serenayın anasını canlandıran Zerrin Tekindor da rolundan danışıb: "Filmlərdə hər dəfə müsbət qadın obrazındayam, bu dəfə isə rolum bir qədər fərqlidir. Filmin xoş tərəfi də bu idi. Ssenarini ilk dəfə oxuyanda və çəkilişlərdə də rolumdan çox razı qaldım. 18 yaşında bir qızını itirdiyi üçün ikinci qızına qarşı çox sərt ana rolunu oynamışam. Bu da yenidən qızını itirmək qorxusundan irəli gəlir. Bəlkə, ona da nə isə olar deyə çox narahatlıq keçirir".

Amerikada sadəcə 3 ay yaşayan Serenay oranın həyat tərzinə öyrəşə bilmədiyini vurğulayıb: "Amerikada cəmi 3 ay yaşadım. Öz vətənini çox sevən və türk insanının səmimiyyətinə çox düşkün biri olduğum üçün oranın insanları mənə bir az soyuq təsir bağışladı".

Sonda Serenay Sarıkaya ilə Zerrin Tekindor Azərbaycandan film təklifi gələrsə, böyük məmnuniyyətlə çəkilməyə razı olduqlarını ifadə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.