Maraqlı

Canlı yayımda şok: qadın aparıcını yumruqlayıb yıxdı - VİDEO - FOTO

26 Oktyabr 2016 18:33
0 Şərh     Baxış: 3 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın İTV telekanalındakı populyar "Jeremy Kyle Show" proqramının aparıcısı Ceremi Kayl studiyada, şou canlı yayımda olarkən döyülüb.

Milli.Az The Sun-a istinadən bildirir ki, iki bacı arasındakı münasibətlərdən bəhs edən 51 yaşlı Kaylı elə həmin bacılardan biri yumruqlayıb.

Studiyaya dəvət olunmuş 29 yaşlı Emma bacısı Kellidən danışırdı. Emmanın dediyinə görə, bacısı impulsiv, emosional, çılğın insandır.

Ceremi Kayl da zarafatla deyib: "Əgər sübut etsəm ki, siz bacı deyilsiniz - çünki sən səbrli, bacın aqressivdir - sən sübut edə bilərsən ki, bacın narkotik maddələr qəbul etmir?!"

Bunu kulisdə olan Kelli eşidib və qaçaraq səhnəyə çıxıb. O, bir yumruq zərbəsi ilə Ceremi Kaylı yıxıb.

Şoka düşmüş teleaparıcı ayağa durandan sonra zarafat edərək çaşqınlığını və pərtliyini gizlətməyə çalışıb.

"Bu nədir belə?! İstirahətdən yeni qayıdırsan, işə başlayırsan və budur, ağzına yumruq vururlar", - Ceremi Kayl deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda şok: qadın aparıcını yumruqlayıb yıxdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.