Maraqlı

Məşhur "Əfqan qızı" həbs olundu - FOTO

26 Oktyabr 2016 16:41
3 Şərh     Baxış: 2 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 yaşında "National Geographic" jurnalının üz qabığına çıxan məşhur "Əfqan qızı" həbs olunub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şərbət Gula saxta pasportdan istifadə etdiyi üçün Pakistanda saxlanılıb. Əfqanıstan sərhədində yerləşən Peşavar şəhərində aparılan araşdırma zamanı Gulaya saxta pasport verən üç pakistanlı vətəndaş isə hələ də axtarışdadır.

Hazırda 44 yaşı olan "Əfqan qızı"nı 7 ildən 14 ilə kimi həbs gözləyir. O, həmçinin 3-5 min dollar cərimələnəcək.

Qeyd edək ki, 1984-cü ildə Stiv MakQurri tərəfindən fotosu çəkildikdən sonra dünyada tanınan Gula SSRİ və Əfqanıstan arasında müharibə zamanı yetim qalıb.

Uzun illər axtarılsa da, kimliyi bəlli olmayan qız 2002-ci ildə tapılıb. Aralarında S.MakQurrinin də olduğu "National Geographic" heyəti Əfqanıstana gedərək Gula ilə görüşə bilirlər. Onun illər sonrakı halı yenidən jurnalın üz qabığına çıxmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.