Maraqlı

"Çox tərlədim, inşallah, atam buna baxmaz" - VİDEO - FOTO

25 Oktyabr 2016 12:12
1 Şərh     Baxış: 15 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2 ildir sevgiliyik, hər şey normaldır"

Türkiyəli müğənni Dərya Uluğ ARB TV-nin "Türk şou-maqazin" verilişinə  maraqlı açıqlamalar verib. 

"Okyanus" mahnısı ilə sevilən müğənni şəxsi həyatı haqda sualı eşidəndə utandığını gizlədə bilməyib:
"Çox tərlədim. Sevgilim var, 2 ildir sevgiliyik. İnşallah, atam bu proqrama baxmaz. Normal irəliləyirik, sıxıntımız yoxdur".

Tanınmış ifaçı yeməyi çox sevdiyini açıqlayıb:
"Yeməkləri çox sevirəm. Ev yeməklərini xüsusi sevirəm. Səhər yeməkləri əvəzolunmazdır".

Daha sonra müğənni Azərbaycan mahnılarından danışıb: "Mən Əzizə Mustafazadəni dinləyərək böyümüşəm. Bir çox musiqiçi ona heyrandır. Azərbaycan musiqisi ilə cazı birləşdirən nadir insandır. Ona saatlarca sıxılmadan qulaq asıram. Azərbaycan mahnılarına aşiqəm. "Əziz dostum" mahnısını çox sevirəm".

Dərya Uluğ alış-verişi çox sevmədiyini bildirib: 
"Alış-verişi heç sevmirəm. Məcbur olmadığım müddətdə alış-veriş etmirəm. Köməkçim edir. Mənə paltar tapmaq üçün çox çətinlik çəkirlər. Qara rəngi çox sevmirəm. Yaxşı geyimlər qara olduğu üçün məcburam. Yayda isə rəngli geyinirəm".

Bundan əlavə, müğənni yaxın zamanda Bakıya gəlmək istədiyini də vurğulayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Çox

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.