Maraqlı

Dünyanın ən kök rəqqası: "Ulduzlar məni seçir" - VİDEO - FOTO

25 Oktyabr 2016 18:26
0 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 yaşlı Deksterin çəkisi 136 kiloqramdır. Buna rəğmən o, rəqqasdır və dediyinə görə, məşhur müğənnilər çıxışları zamanı onu səhnədə görmək istəyirlər.

Milli.Az Barcroft-a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles şəhərində yaşayan Dekster Meyfild uşaqlıq illərində balet rəqqası olmağı arzulayırdı.

Lakin çəkisi, daha doğrusu, tosqunluğu səbəbindən arzusu gerçəkləşməyib.

İndisə o, ən məşhur müğənilərlə, rəqs qrupları ilə birlikdə səhnəyə çıxdığını deyir.

Üstəlik, Dekster Meyfild model təki tanınmış brendlərin reklam fotosessiyalarına da çəkilir.

Model qismində Deksterin debütü ötən il Los-Ancelesdə keçirilmiş ənənəvi "LA Fashion Week"də olub.

"Çəkimə görə komplekslərim yoxdur. Rəqs etməyi sevirəm və bunu bacarıram. Vücudum yaşamım boyum mənimçün problemlər yaradıb. Yadımdadır, uşaq olanda çox gombul olduğuma görə məktəbin futbol komandasının heyətindən kənarlaşdırmışdılar. Amma ruhdan düşmədim. Özümə dedim ki, hər şey yaxşı olacaq. İndi rəqqasam. Ulduzlar məni seçir", - Dekster Meyfild söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən kök rəqqası:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.