Maraqlı

"Cəhənnəm kölələri": onlar bu şəraitdə işləyirlər - FOTO

25 Oktyabr 2016 14:06
2 Şərh     Baxış: 2 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyanın ən çirkli şəhərlərindən birinə yollandığımı bilirdim. Üstəlik, məni təəccübləndirmək çox çətindir, çünki nə qədər ölkəni dolaşmışam. Lakin orada heyrətləndim. Ora sanki cəhənnəmdi..."

Belçikalı fotoqraf və reportyor Paskal Mennar Banqladeşin paytaxtına yollanaraq "Xəzərigah" adlı səmtdə olub. Xəzərigah çoxsaylı dəri sexlərinin, zibil emalı məntəqələrinin yerləşdiyi məkandır. Üstəlik, ora natəmizliyi və antisanitariyası ilə ad çıxarmış Dəkkənin ən çirkli yeridir.

Milli.Az Barcroft-a istinadən bildirir ki, 2013-cü ildə Dəkkədə "Rana Plaza" adlı sənaye binası uçmuşdu. Uçqunlar altında 1129 nəfər həlak olmuşdu və məhz bu faciədən sonra dünya Banqladeşin paytaxtındakı çoxsaylı sexlərdə insanların hansı şəraitdə çalışdıqlarını görmüşdü.

38 yaşlı Paskal Mennarın sözlərinə görə, Dəkkəyə çatdığı günün ertəsi o, rikşa tutaraq Xəzərigaha yollanıb.

"Rikşa məni iki zavod binasının arasında saxladı. Kəsif qoxudan, üfunətdən güclə nəfəs alırdım. Rikşadan düşüb küçə ilə yeriməyə başladım. Hər tərəf sexlər, emalatxanalardı. "Küçə"nin kənarı ilə arxdan rəngli, bulanıq, çirkli sular axırdı. Arxda heyvan leşləri də vardı", - Mennar söyləyib.

Onun sözlərinə görə, arxlardakı sular Buriqanqa çayına axırdı. Bu çaydan isə içməli su mənbəyi qismində Banqladeşdə milyonlarla insan istifadə edir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, Banqladeş paytaxtındakı müəssisələrdə çalışanların 90 faizi 50 yaşa çatmamış vəfat edirlər. Səbəb dözülməz, zəhərli, təhlükəli iş şəraitidir.

"Həddən artıq çirkli, isti bir məkandı. Oranı tərk etməyimə sevinirdim. Orada bir saat qaldığım üçün çox əziyyət çəkdim. Lakin düşünəndə ki, Xəzərigahda minlərlə insan bütün gün bu cəhənnəmdə işləyir - nə edəcəyimi bilmədim", - P.Mennar söyləyib.

P.Mennar Xəzərigahdan hazırladığı reportajı "Cəhənnəm kölələri: onlar bu şəraitdə işləyirlər" adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.