Maraqlı

18 yaşlı gənc kürəyi ilə maşınları dartır - VİDEO - FOTO

25 Oktyabr 2016 15:10
1 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"1070 kq ağırlığında Hyundai avtomobilini kürəyimlə çəkmək asan olmasa da, bunu bacardım. Sonra iki maşını yerindən tərpətmək, dartmaq qərarına gəldim və bunu bacardım".

Milli.Az Barcroft-a istinadən bildirir ki, 18 yaşlı Abhişek Çoubi kürək sümükləri arasına yerləşdirdiyi taxtaya bağlanmış kanat vasitəsilə iki minik avtomobilini 27,5 metr məsafəyə çəkir.

Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında yerləşən Saqar şəhərində yaşayan Aqarın dediyinə görə, dünya rekordu vurmaq, adının Ginnesin rekordlar kitabına düşməsinə nail olmaq istəyir.

Abhişekin pəhləvan kimi yetişməsində onun atası Avdeş Kumar Çoubinin rolu böyükdür.

Gündə ən azı bir saat məşq etdiyini deyən Abhişek yeni tryuklar hazırladığını da vurğulayıb: "Təyyarə dartmaq istəyirəm. Atam da razılaşıb. Məşqlərə başlamışıq".

Gəncin anası Saorc Çoubi oğlunu əsl ulduz sayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

18 yaşlı gənc kürəyi ilə maşınları dartır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.