Maraqlı

Barbiyə oxşamaq üçün 245 min dollar xərcləyən 4 övlad anası - VİDEO - FOTO

25 Oktyabr 2016 18:40
9 Şərh     Baxış: 3 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər insanın həyatma məqsədi, məramı olur. Mənim də istəyim Barbiyə bənzəməkdir. Bunun üçün əlimdən gələni etdim.

Şotlandiyanın Kambernuld şəhərində yaşayan Amanda Lav belə deyir.

4 övlad anası, 39 yaşlı Amanda Lavın sözlərinə görə, Barbi gəlinciyinə bənzəmək üçün indiyədək dəfələrlə plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

O, indiyədək əməliyyatlara 245 min dollardan artıq pul xərcləyib.

"Uşaqlıq və yeniyetməlik illərimdə Barbi gəlinciyi ilə oynamağı çox sevirdim. Sonra "Baywatch" teleserialına baxdım, Pamela Anderson kumirim oldu. Barbiyə, Pamelaya oxşamağa qərar verdim", - Amanda Lav söyləyib.

Amanda Lavın üç övladı var. 18 yaşlı Teqan onun ilk nikahında, 14 yaşlı Loqan, 7 yaşlı Kruz və bir yaşlı Keş isə kran operatoru Pol Suinni ilə indiki nikahda dünyaya gəliblər.

İki yeniyetmə qızı və iki kiçik oğlu olan ananın sözlərinə görə, yaşından gənc görünməyi sevir.

Amandanın böyük qızı Teqan deyir: "İnsanlar çox vaxt anamı bacım sayırlar. Hətta məktəbdə də ilk-əvvəl elə bilirdilər ki, anam böyük bacımdır".

Əvvəllər model olmuş Amanda Lavın sözlərinə görə, əməliyyatlarını davam etdirəcək.

Milli.A

Videonu izləmək üçün şəklə klikləyin:

Barbiyə oxşamaq üçün 245 min dollar xərcləyən 4 övlad anası

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.