Maraqlı

Polis idarəsində oğurluq etmək istədi - VİDEO - FOTO

25 Oktyabr 2016 12:18
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis idarəsinə şikayətə yollanmış şəxs burada oğurluq etmək niyyətinə düşüb. Lakin o, istəyinə nail ola bilməyib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, hadisə Çinin Şanxay şəhərində baş verib.

İşədüzəltmə agentliyindən şikayət etmək üçün polis idarəsinə yollanmış 42 yaşlı Yuan Mi burada "dərd"ini polis zabiti Çji Haoya danışıb.

Ç.Hao şikayətçini dinləyib və məsələnin araşdırılacağını deyib, sonra da otaqdan çıxıb.

Hirslənmiş Mi də polis zabitinin telefonunu oğurlamaq istəyib. Lakin o, qapının bağlı olduğunu anlayanda telefonu divana atıb.

"Özümü çox pis hiss etdim, çünki şikayətimi ciddi qəbul etmədilər. Mən də zabitə dərs vermək üçün onun telefonunu oğurlamaq istədim. Alınmadı. Əməlimə də peşman deyiləm", - Yuan Mi deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polis idarəsində oğurluq etmək istədi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.