Maraqlı

Dünyanın ən böyük, ən təhlükəli dostu - VİDEO - FOTO

25 Oktyabr 2016 10:48
3 Şərh     Baxış: 2 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çəkisi 635 kq olan bu yırtıcı çox səmimi davranır, onu qucaqlayan kişini bağrına basır.

Qonur  kodyaks ayısı dünyanın ən təhlükəli yırtıcılarından biri sayılsa da, dostluğu da bacarır. Hər halda Cim Kovalçuk belə deyir.

Milli.Az ABC-yə istinadən bildirir ki, Nyu-Yorkun yaxınlığındakı Autsvilldə yerləşən "Orphaned Wildlife Centre"ə rəhbərlik edən Cim Kovalçukun dediyinə görə, "Cimbo" adlı bu ayını çox sevir.

22 yaşlı Cimbo mərkəzdə saxlanan 11 ayıdan biridir.

Cimbo balaca olanda Kovalçuk onu bəsləməyə başlayıb.

57 yaşlı Cimin xanımı Syuzanın sözlərinə görə, Cimbo nəhəng yırtıcı olsa da, qayğı və səmimiyyəti anlayır.

"Cimbo çox mehriban, səmimidir. Amma o, qüvvəsinin həddini bilmir. Məsələn, onun yanından getmək istəyəndə paltarımdan və ya şalvarımdan tutub geri çəkir. Cimboun gücünə gəldikdə isə... Tanıdığınız ən güclü adamı göz önünə gətirin və onun gücünü 1000 dəfə artırın. Bax, Cimbo belə gücə malikdir", - 100 hektarlıq mərkəzdə ayıları bəsləyən Cim söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən böyük, ən təhlükəli dostu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.