Maraqlı

Avropanın ən yaşlı begemotları heyrətləndirdilər - VİDEO

24 Oktyabr 2016 20:05
1 Şərh     Baxış: 2 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada Avropanın ən yaşlı begemotlarının balası doğulub. 

İtalyan zooparkının işçilərinin Qonsalo və Kamilla adlarını verdikləri begemotların balasının çəkisi sabahı gün 1 tona çatıb. 

Milli.Az bildirir ki, bu barədə The Local məlumat yayıb. 

Zooparkın işçiləri istəyənlərə oktyabrın 25-dək yeni balaya ad fikirləşməyi təklif ediblər. Bu adlar həm dişiyə, həm də erkəyə uyğun gəlməlidir, çünki yeni doğulan begemotun cinsiyyəti hələ bəlli deyil. 

Təklif olunan adlar arasında Popo (suaxili dilində - kəpənək), Kuamata (kosa dilində Böyük ruh), Tamu (suaxili dilində - şirin), Vimbi (suaxili dilində - dalğa), Zibu (zulu dilində - nimfa) var. 

Qeyd edilir ki, bu zooparkdakı bütün begemotlara afrikan adları verilib. 

Qonsalo və Kamilla Avropanın ən yaşlı begemotlarıdır, hərəsini yaşı 40-dan çoxdur. Ömürləri boyu onların 10-dan çox balası doğulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avropanın ən yaşlı begemotları heyrətləndirdilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.