İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından təmizlənməsi üçün əməliyyat daha da sürətlənib. İraq qoşunları, kürdlərin "peşmərgə" birlikləri, yerli sünni və şiələrin hərbi dəstələri artıq şəhər həndəvərlərinə çatmaqdadır.
Milli.Az Fox News-a istinadən bildirir ki, şəhərin şərqində "peşmərgə"lər İŞİD terrorçuların yeraltı tunellər şəbəkəsini aşkarlayıblar.
Vyetnam savaşında vyetnamlıların ABŞ ordusuna qarşı istifadə etdiyi tunel taktikasından bəhrələnən İŞİD terrorçuları kilometrlərlə uzunluğu olan yeraltı şəbəkə hazırlayıblar.
Tunelləri terrorçular Mosul sakinləriə zorla qazdırıblar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: