Maraqlı

46 yaşlı əxlaqsız Facebook-da uşaqları tovlayırdı - FOTO

22 Oktyabr 2016 12:07
2 Şərh     Baxış: 2 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələr, xüsusilə də Facebook azyaşlılar üçün potensial risk, təhlükə mənbəyinə çevrilib. Uşaqbazlar, manyaklar, psixi sapıntıları olan insanlar sosial şəbəkələrdən "ov" əldə etmək üçün istifadə edirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, belə əxlaqsızlardan biri İngiltərədə ələ keçib.

Sosial şəbəkələrdəki pedofilləri üzə çıxarmaqla məşğul olan "Dark Justice" qrupunun üzvləri 46 yaşlı Stiven Makkartini tutublar.

Bu şəxs Facebook-da tovladığı 13 yaşlı qızla Norturmberlenddəki avtobus dayanacaqlarından birində görüşməyi vədələşmişdi.

Manyak şəxs Olnuikdəki dayanacaqda polis və "Dark Justice"in üzvləri tərəfindən yaxalanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.