Maraqlı

Robotlar insanları köləyə çevirəcək: Sivilizasiyanın sonu yaxınlaşır

21 Oktyabr 2016 23:52
1 Şərh     Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Süni intellekt bəşəriyyətin ən böyük fəlakətinə səbəb ola bilər. Əgər bu intellekt düzgün idarə edilməsə, düşünən robotlar sivilizasiyasının sonunu gətirəcək".

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə məşhur fizik Stiven Xokinq deyib.

Onun sözlərinə görə, süni intellekt nəticəsində dəhşətli silahlar istehsal olunacaq: "Bu, milyonlarla insanın məhv olmasına səbəb ola bilər. Süni intellekt bununla yanaşı, iqtisadi sistemlərin çöküşünü sürətləndirəcək. Düşünən robotlar gələcəkdə öz iradələrini qazanarsa, insanları köləyə çevirəcəklər".

Qeyd edək ki, "Google" şirkətinin hazırladığı Deep Mind adlı süni intellektli kompüter bu ilin əvvəlində dünya üzrə Go çempionunu məğlub edib. "Microfot"un icad etdiyi süni intellektli robot isə insan kimi səsləri tanıyır və ayırır.

Bu faktlara diqqət çəkən Stiven Xokinq süni intellektin sürətlə inkişaf etdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.