Maraqlı

Ukrayna üzrə əlaqə qrupunun görüşü başa çatıb

31 Yanvar 2015 23:26
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun Minskdə keçirilən görüşü başa çatıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Belarusun paytaxtında aparılan danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk "respublika"larının səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak ediblər.

Görüş üç saatdan çox çəkib.

Qondarma "Donetsk Xalq Respublikası"nın səlahiyyətli nümayəndəsi Denis Puşilin danışıqların yekunu barədə mətbuat üçün bəyanat veriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.