Maraqlı

İslandiyada bütpərəstliyin ilk məbədi tikildi

31 Yanvar 2015 21:45
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslandiya bütpərəstləri paytaxt Reykyavikdə icmanın ilk məbədini tikməyə hazırlaşırlar, mətbuat xəbər verir.

Milli.Az BBC-yə istinadən bildirir ki, xristianlıqdan öncə adada mövcud olan yerli Norse inancalarına söykənən Asatru hərəkəti bildirir ki, məbəd son 1,000 il ərzində ölkədə tikilən ilk bütpərəst ehramı olacaq.
 

İnşaat mart ayında məşhur Perlan binasının yerləşdiyi Oskjuhlid rayonunda başlamalıdır, Morgunbladid qəzeti bildirir.

Üzü günəşə baxan 350 kvadrat metrə sahəli bina yerdən qalxan günbəz şəklində olacaq.

Memar Magnus Jensson-un layihəsi inşaatda istifadə edilən "qızıl bölgü" nisbətinə əsaslanmalıdır və binanın ölçülərində Asatru inanclarında müqəddəs sayılan 9 və 432,000 rəqəmləri istifadə olunacaq.
 

Reykjavik Şəhər Bələdiyyəsi sahəni ianə şəklində verib, ama Asatru Assosiasiyası inşaat işlərinə $975,000 vəsait cəlb etməlidir.

Təxminən 326,000 əhalisi olan İslandiayada 24,000 min adam Asatru davamçısıdır.
 

Dini icmanın rəhbəri Hilmar Orn Hilmarsson deyir ki, 250 adamlıq məbəddə nikah, ad vermə və yas mərasimləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.