Maraqlı

Süni sümük çap ediləcək

1 Oktyabr 2016 08:21
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal-Qərb Universitetində Adam Yakusun rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən yaradılmış süni sümük toxumasını "3D" printerdə çap etmək mümkündür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, biomaterial "Hyper-Elastic Bone" adlandırılıb. İstehsalçıların sözlərinə görə, biomaterial yüksək möhkəmliyə malikdir və qısa vaxtda lazımi formaya malik fraqment hazırlamağa imkan verir.

Məsələn, indi üz-çənə cərrahi əməliyyatının keçirilməsi vaxtı həkimlər pasiyentin bud sümüyündən sümük fraqmenti götürməli olurlar ki, bu da xəstənin bərpa prosesini xeyli uzadır. Biomaterialdan istifadə çətinliklərdən və bir çox problemlərdən xilas olmağa imkan verir.

Alimlər biomaterialı artıq heyvanlar üzərində sınaqdan keçiriblər və heç bir infeksiya, kənar təsir qeydə almayıblar.

Beləliklə üz-çənə, stomatoloji və başqa əməliyyatların keçirilməsi üçün sümük fraqmentlərini çap etmək mümkün olacaq. Bundan başqa, biomaterial anadangəlmə qüsurların aradan qaldırılmasında tətbiq ediləcək.

Alimlər bildiriblər ki, yaxın beş ildə pasiyentlər üzərində süni sümük materialının sınaqlarına başlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.