Maraqlı

Müğənni 13 il əvvəl ölüb, yerinə bənzəri gətirilib - dünya şokda - FOTO

30 Sentyabr 2016 21:12
5 Şərh     Baxış: 12 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Avril Lavinlə bağlı gözlənilməz iddia yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı ifaçının ölüm xəbəri gündəmi qarışdırıb. Rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, alkin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır.

Bu iddia illər əvvəl də səsləndirilib, lakin son günlər bəzi faktlar bu mülahizəni gücləndirib. Belə ki, 32 yaşını qeyd edən Avrilin əvvəlkinə bənzəmədiyi, üzündəki çillərin fərqli olduğunu, burnunun fərqli forması diqqət çəkib.

Lavinin 2003-cü ildə babasının ölümü, heç bir albomumun ilk albomu kimi uğurlu olmaması, üstündən "Lyme" xəstəliyinə yoluxması səbəbindən depressiyaya düşüb intihar etdiyi söylənilir. Lakin menecerlerin onun adından pul qazanmaq istəyi müğənninin ölümünü arxa plana atıb və ortaya saxta "Avril" çıxıb.

Qeyd edək ki, eyni iddia "Beatles" qrupunun üzvü Paul MakKartni üçün də söylənilmişdi. Onun öldüyü, yerinə başqasının gətirildiyi xəbərləri yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.