Maraqlı

Nişan üzüyü biabırçılığına cərrahlar son qoydu - VİDEO - FOTO

30 Sentyabr 2016 13:21
26 Şərh     Baxış: 18 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində nişan üzüyünü cinsi orqanına taxmış18 yaşlı gənci cərrahlar dözülməz ağrılardan və qanqrenadan xilas ediblər.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Lyuçjou şəhərinin sakini, 18 yaşlı Min Yaolin iki həftə sonra toy etməyə hazırlaşırdı. Amma naməlum səbəbdən o, nişan üzüyünü cinsi orqanına taxıb. Sonradan üzüyü çıxarmaq istəyəndə uğursuzluqla üzləşən Min dözülməz ağrılardan şikayətlənərək xəstəxanaya üz tutub.

Cərrahlar əməliyyata başlamazdan əvvəl yanğınsöndürənləri çağırıblar və onlar saat yarım ərzində üzüyü kəsib çıxarmağa çalışıblar.

Üzük dəmirkəsən qayçı ilə kəsiləndən sonra Min Yaolinə ağrıkəsici preparatlar vurulub.

"Həkimlərə minnətdaram. Onlar məni bu biabırçılıqdan xilas etdilər. Nişanlımdan da bu axmaq hərəkətimə görə üzr istəyirəm", - Çindəki sosial şəbəkələrdə istehza ilə "günün qəhrəmanı" elan edilmiş Min Yaolin deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.