Maraqlı

Məmurlara "WhatsApp", "Viber" və "Telegram" qadağası

30 Sentyabr 2016 08:20
0 Şərh     Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya məmurlarına  "WhatsApp", "Viber" və "Telegram" kimi sertifikatlaşdırılmamış kommunikasiya əlavələrindən  istifadə etmək qadağa qoyulacaq. Qayda pozucularına qarşı vəzifədən kənarlaşdırılma da daxil olmaqla, intizam cəzası tətbiq ediləcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.  
 
Məlumata görə, qeyd olunan məsələni nizamlayacaq normativ aktların hazırlanmasına görə məsuliyyət Federal Təhlükəsizlik Xidmətinin üzərinə qoyulacaq.
 
Sənədin 2017-ci ilin birinci rübünün sonunadək hazırlanacağı gözlənilir.    
 
Qadağa məmurların şəxsi məsələlərinin populyar messencerlər vasitəsilə müzakirəsinə şamil edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.