Maraqlı

Yeni doğulmuş qoca - Körpə görənləri dəhşətə gətirdi

29 Sentyabr 2016 23:57
19 Şərh     Baxış: 7 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeşdə "Benjamin Button" filmini xatırladan bir körpə dünyaya gəlib. Görənləri təəccübləndirən bu balaca körpə qocalma xəstəliyi ilə doğulub.
Körpə Filmdə Bred Pittin canlandırdığı dünyaya yaşlı bir insan olaraq gələn, sonradan isə cavanlaşan, körpələşən Benjamin Buttonun hekayəsinə bənzər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Banqladeşin Magura şəhərində anadan olan balaca körpə qırış-qırış üzü, iri gözləri ilə görənlərin diqqətini çəkir. Balaca uşaq nadir halda rast gəlinən və erkən yaşlanma xəstəliyi kimi tanınan progeria xəstəliyi İlə doğulub. Bu xəstəlik 4 milyon doğumda bir görünür.
Körpənin atası Bisvajit Patro isə oğlunun vəziyyətindən şikayətçi olmadıqlarını, sadəcə Allaha şükür etdiklərini deyib. Ailə onu da deyib ki, uşaqlarından xəbər tutanlar, haqqında eşidənlər onu yaxından görməyə can atırlar.
Qeyd edək ki, progeria çox nadir halda rast gəlinən genetik pozğunluqdur. Tək bir genin anormal protein istehsal etməsindən irəli gəlir. Bu xəstəliklə doğulan körpələr adətən 13 yaşından çox yaşaya bilmirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.