Maraqlı

Müsəlman jurnalist soyunacaq, hicabda Playboy-a çəkiləcək - VİDEO - FOTO

29 Sentyabr 2016 10:46
19 Şərh     Baxış: 3 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 yaşlı müsəlman jurnalist Nur Tahiri Playboy jurnalı üçün çılpaq fotosessiyaya çəkilmək niyyətindədir.

ABŞ-da özəl telekanalda çalışan ilk hicablı müsəlman jurnalist olan N.Tahiri fotosessiya zamanı kamera qarşısında hicablı olacağını deyib.

Milli.Az Playboy-un rəsmi saytına istinadən bildirir ki, liviyalı mühacirlərin ailəsində doğulmuş Nur Tahirinin çılpaq fotoları jurnalın oktyabr sayında "Renegades" rubrikasında dərc olunacaq.

Nur Tahirinin dediyinə görə, ABŞ telekanallarında ilk hicablı teleaparıcı olmağı arzulayır.

Qərbi Virciniya ştatında yaşayan Nur Tahiri deyib: "Özəl telekanallardan birində çalışmaq, aparıcı olmaq istəyirəm. Playboy üçün hicablı fotosessiyaya çəkilməkdən də qorxmuram. Tənqidlər olacaq, şəksiz... Amma tənqidlərdən də çəkinmirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.