Maraqlı

Erməni Kardaşyanın baldırını öpmək istədi, döyüldü - VİDEO - FOTO

29 Sentyabr 2016 10:16
19 Şərh     Baxış: 21 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalı jurnalist, qalmaqalları ilə ad çıxarmış Vitali Sedyuk ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan erməni Kim Kardaşyanın baldırını öpmək istəyib.

İnsident Parisdə, Kardaşyanın "Paris Fashion Week"dəki moda şousuna yollandığı zaman baş verib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı erməni Kardaşyanın cangüdənləri ukraynalı jurnalisti sürüyərək kənara çəkiblər.

Sedyuk 2014-cü ilin sentyabrında, Parisdəki Yüksək Moda Həftəsində qaçaraq Kardaşyana yaxınlaşmış, onu yerə yıxmaq istəmişdi.

Bu ilin sentyabrın 22-də isə Milandakı Yüksək Moda Həftəsində Sedyuk supermodel Cici Hədid fanatlarından biri ilə selfi çəkdirəndə ona arxadan yaxınlaşmış, qucaqlamışdı. Hədid də Sedyuku dirsəyi ilə vurmuşdu.

2014-cü ilin iyun ayında Sedyuk aktyor Bred Pittə hücum etdiyi üçün ABŞ məhkəməsinin qərarı ilə 3 il şərti həbs cəzası almışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Erməni Kardaşyanın baldırını öpmək istədi, döyüldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.