Maraqlı

Bu proqram səhhət üçün çox gərəklidir - VİDEO

29 Sentyabr 2016 08:41
0 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Skulpt" şirkəti istifadəçinin əzələ tonusunun və piyinin miqdarının monitorinqini aparan qurğunun ikinci versiyasını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ovuc ölçüsündə olan kiçik "Skulpt" qurğusu sağlamlıq üçün bir neçə mühüm göstəricini ölçməyə imkan verən 19 elektrodla təchiz edilib. Elektrodlar istifadəçinin bədəninə insanın əzələsi və piyindən keçməklə toxumaların keçiricilik qabiliyyətini və müqavimətini qiymətləndirən impulslar göndərir. Xüsusi ötürücü istifadəçinin bədənində əzələ tonusunu və piyin miqdarını qiymətləndirmək üçün çıxan və qayıdan siqnalı müqayisə edir. "Skulpt"ın yeni versiyası bütün bu göstəriciləri bir neçə saniyə ərzində təhlil edə bilir.

Sağlamlığını izləyən insanlar üçün xüsusilə faydalı olacaq qurğu vasitəsilə istifadəçilər göstəricilərə və məsləhətlərə əsasən məşqlərin effektivliyini qiymətləndirə və yüklənməni adaptasiya edə biləcəklər. Mütəxəssislərin sözlərinə görə, qurğu peşəkar ölçmə cihazlarına rəqib ola bilər.

"Skulpt" əldə edilən göstəriciləri analiz edərək faydalı məsləhətlər verən müvafiq əlavə vasitəsilə istifadəçinin mobil qurğuları ilə sinxronlaşdırılır. Bundan başqa, əlavə vasitəsilə istifadəçi öz bədəninin sağlamlıq statistikasına baxa bilər. Qurğunun sistemi istifadəçini mümkün əzələ travmaları barədə xəbərdar edir, hansı hərəkətlərin ondan yayınmağa kömək edə biləcəyini göstərir. 

"Skulpt" qurğusunu istehsalçının rəsmi saytında 99 dollara sifariş etmək mümkündür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu proqram səhhət üçün çox gərəklidir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.