Maraqlı

Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar - VİDEO

27 Sentyabr 2016 21:46
9 Şərh     Baxış: 6 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücülər isə deyir ki, əgər yolda radar olduğunu bildirən nişan qoyulursa, radar detektorlarının istifadəsi niyə qadağandır? Axı bu cihaz da məhz radar olub-olmadığını bildirir. Əməkdaşlarımız bu cihazların qadağan edilməsinin səbəblərini araşdırıblar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, biri radara sürəti ölçməyə mane olur, digəri isə yolda radar olub-olmadığını göstərir. Söhbət antiradar və radar detektorlarından gedir...

Hər iki cihaz qanunla qadağan olunub. Antiradar və radar detektorlarından istifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Kamran əliyevin sözlərinə görə antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.

Radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.