Maraqlı

Tuba mükafat almasa da, gecənin ulduzu oldu - FOTO

27 Sentyabr 2016 18:44
1 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adana Beynəlxalq Film Festivalının növbəti mükafatlandırması baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23-cü təşkil olunan gecədə ən yaxşı film olaraq Reha Erdedim "Koca dünya"sı seçilib.

Cem Yılmazın baş rolda çəkildiyi "İftarlık gazoz" filmi isə "Tamaşaçı mükafatı"na layiq görülüb. Filmin rejissoru Yüksel Aksu mükafatı alarkən "Bu mükafatı Tarık Akana həsr edirəm" deyib.

Bu yaxınlarda dünyasını dəyişən aktyor Tarık Akının adı ilə səsləndirilən "Ən yaxşı aktyor" nominasiyasının qalibi Menderes Samancılar, "Türkan Şoray - ən yaxşı aktrisa" adını isə Gizem Erdem qazanıb.

Gecənin qonaqları arasında aktrisa Tuba Büyüküstün də yer alıb. O, mükafat almasa da, gecənin bütün diqqətini üzərinə çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.