Maraqlı

"Maşındakı kişi qadının boğazını gəmirib, qanını içir" - FOTO

27 Sentyabr 2016 14:09
5 Şərh     Baxış: 3 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alo, polisdir?! Yoldakı avtomobillərdən birində dəhşətli mənzərə gördüm. Maşındakı kişi qadının boğazını gəmirib, qanını içir".

İngiltərənin Çeşir qraflığındakı Rankorn şəhərinin sakinlərindən biri 999 xidmətinə zəng vuraraq polisə belə demişdi.

Milli.Az The Sun-a istinadən bildirir ki, M62 şossesinə, hadisə yerinə yollanmış polis orada həqiqətən də maşında iki "zombi"ni görüb. Sükan arxasında əyləşmiş qadının üst-başı, boğazı qandı, onun boynunda diş yerləri vardı.

Qadının yanında əyləşən kişinin də sifəti qan içində idi.

Bəlli olub ki, avtomobildəkilər iki aktyordur. Stiv Lou və Diana Holden "Dead Town" serialının çəkilişlərindən qayıdırdılar.

60 yaşlı Lou gülərək deyib: "O şəxsə təşəkkür edirəm, çünki fotolarımızı sosial şəbəkələrdə yaydı və biz ildırım sürəti ilə məşhurlaşdıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.