Maraqlı

Daha bir məşhur ailə dağılır - FOTO

27 Sentyabr 2016 14:16
3 Şərh     Baxış: 4 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Tom Henks dünən Boston şəhərində idi. O, "Pier 6" restoranında şam yeməyi yeyib və çay pulu qismində ofisianta 200 dollar verib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 350 milyon dollarlıq varidatı olan 60 yaşlı aktyorun restoranın yeməklərini çox bəyəndiyi vurğulanır.

Bu arada bəlli olub ki, Tom Henks ilə xanımı Rita Uilsonun münasibətləri həddən ziyadə gərginləşib. 28 illik nikah dağılmaq ərəfəsindədir.

"Tom bir film başa çatan kimi digər filmin çəkilişlərinə qatılır. İş onun üçün yeknəsəqlikdən qaçış vasitəsidir. Rita ondan bir qədər dincəlməyi, fasilə etməsini istəyəndə Tom vəd verir, amma vədlərinə əməl etmir", - Tomun dostlarından biri deyib.

Ərlə arvad arasında daha bir mübahisə mövzusu onların oğulları Çetdir. 26 yaşlı Çet Henks son iki ildə sürəkli olaraq narkotik maddələr və spirtli içkilər qəbul edir. Dəfələrlə dava-dalaşa görə polis tərəfindən saxlanan Çet ötən ilin oktyabrında 6 həftə ərzində yoxa çıxmışdı.

Sonra o, evə qayıtmış və narkomanlar üçün reabilitasiya klinikasında olduğunu, kokain asılılığından qurtulmaq üçün müalicə olunduğunu demişdi. Di gəl, Çet yenə narkotik maddələr qəbul edir.

Rita Uilson da oğlunun başına gələnlərdə ərini, Tom Henksin "ailədə diktator təki davranışı"nı suçlayır.

Üstəlik, Rita Uilsonun dediyinə görə, əri onların sonbeşiyinə, 21 yaşlı Trumenə də çox soyuq yanaşır.

"Rita üçün boşanmaq son vasitədir, amma onun səbr kasası artıq dolub", - ailəyə yaxın mənbələr deyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.