Maraqlı

6000 illik cins parça tapıldı

27 Sentyabr 2016 08:52
1 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq alimlər qrupu Perunun şimal sahillərində altı mın yaşı olan indiqo boyası ilə boyanmış dünyanın ən qədim parçasını aşkar ediblər. Hazırda bu boyadan cins parçaların hazırlanmasında istifadə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, parça çirkdən bozardığı üçün alimlər əvvəlcə onun rəngini ayırd edə bilməyiblər. Parça dəfələrlə yuyulduqdan sonra onun göy rənglə boyandığı məlum olub.

Alimlərin sözlərinə görə, kimyəvi analizlərin nəticələri sübut edir ki, boyanın tərkibinə indiqotin və indirubin maddələri daxildir.

Qeyd edək ki, indiyədək yaşı dörd min il olan Misirdə tapılan indiqo boyası ilə boyanmış parça arxeoloji material hesab olunurdu.

İndiqo boyasından həm də mürəkkəb və akvarel hazırlanmasında istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.