Maraqlı

"Real" ulduzunun ailəsini mafiya ölümlə hədələyir - FOTO

26 Sentyabr 2016 10:31
1 Şərh     Baxış: 1 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" (Madrid) klubunun valliyalı ulduzu, 27 yaşlı Qaret Beylin ailəsi mafiya tərəfindən təhdid olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, cinayətkarlar futbolçunun qeyri-rəsmi nikahda yaşadığı xanımı Emma Ris-Consun xalası, Flint şəhər sakini, 55 yaşlı Anabenlla Uilyamsın avtomobilini, 4 gün əvvəl isə Emmanın nənəsinin və babasının maşınlarını yandırıblar.

Emmanın xalası Ceyn Bernsin evinin önündəki poçt qutusuna da od vurulub.

Olayın səbəbi mütəşəkkil cinayətkar qrupalaşmalardan birinə məxsus olan, içində 300 min funt-sterlinq nağd pul, kokain və çox bahalı qol saatları olan çamadanın Emma Ris-Consun ailə üzvlərindən biri tərəfindən oğurlanmasıdır.

İlkin məlumatlara görə, çamadanı Emmanın bibisi qızı, sabiq qlamur model Epifani Drinq oğurlayıb.

Şimali Uels polisi olayla bağlı olaraq 22 yaşlı kişini həbs edib, 54 yaşlı qadını isə şübhəli şəxs qismində saxlayıb. Onların əlbir olduqları insanlar axtarılırlar.

Qaret Beylin təhlükəsizliyini təmin etmək üçün Britaniya polisi İspaniyanın Qran-Kanariya adasındakı "Hotel Santa Catalina" hotelini də mühafizə altına almışdı. İspaniya primerasının 6-cı turunda "Real" bu şəhərdə "Las-Palmas"la qarşılaşıb. Matç 2:2 hesabla başa çatıb.

Qaret Beyl qeyri-rəsmi nikahda yaşadığı xanımı Emma Ris-Consla 15 yaşında, Kardiff şəhərindəki Uitçörç məktəbində oxuyanda tanış olub.

Onların bu izdivacdan övladları da var.

Epifani Drinqin mafiyanın pullarını da götürərək Malayziyaya qaçdığı güman edilir.

Qaret Beylin qayınatası Martin Riz-Cons 2 milyon dollarlıq fırıldaqda suçlanıb və hazırda ABŞ-da həbsxanadadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.