Maraqlı

Rianna qaçqınları dəstəklədi - VİDEO - FOTO

26 Sentyabr 2016 12:20
1 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtindəki Mərkəzi Parkda "Global Citizen Festival" keçirilib. "Coldplay" qrupunun solisti Kris Martinin kreativ direktor olduğu builki festivalın əsas mövzusu suriyalı qaçqınlarla bağlı situasiya idi.

Milli.Az TMZ-yə istinadən bildirir ki, səhnəyə çıxan sənətçilər arasında müğənni Rianna da vardı. 28 yaşlı müğənni özünün də Barbadosdan ABŞ-a gəlmiş şəxs olduğunu xatırladıb.

Rianna festivalda supermodel Kara Delevinlə birlikdə idi.

Kara ilə Rianna yaxın rəfiqələrdir.

Festival başa çatandan sonra Rianna və Kara restorana, şam yeməyinə yollanıblar.

Orada onlar supermodel Nina Aqdal və məşhur aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio ilə birlikdə istirahət ediblər.

Bu arada bəlli olub ki, Riannanın 8 aydan bəri davam edən "Anti World Tour" turnesi noyabrın 27-də Əbu Dabidəki "Yas Island"dəki konsertlə başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.