Maraqlı

NASA-dan sensasiyalı açıqlama: "Orada həyat var" - FOTO

24 Sentyabr 2016 11:22
20 Şərh     Baxış: 6 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bazar ertəsi keçirəcəyi mətbuat konfransında sensasiyalı bəyanatını açıqlamaq niyyətindədir

Milli.Az bildirir ki, NASA-nın Twitter-dəki akkauntunda verilən anonsa görə, açıqlama Yupiter planetinin təbii peyki olan Avropa ekzoplaneti ilə bağlıdır.

Anonsda deyilir: "Söhbət Avropada suyun, okeanın olmasından gedəcək. Bu səbəbdən də biz ehtiyatla da olsa, "Orada həyat var" deyə bilərik".

Avropa ekzoplaneti NASA-nın "Hubble" kosmik teleskopu vasitəsilə tədqiq olunub. Bir qədər əvvəl isə NASA-nın "Juno" kosmik stansiyası Yupiterin şimal qütbündə çəkilmiş fotoları Yerə ötürüb. Həmin fotolarda amerikalı alimlər Günəş sistemindəki digər böyük planetlərdə olmayan hava aktivliyini və qasırğalar sistemini görüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.