Maraqlı

Mercedes-dən rodster AMG GT - FOTO

25 Sentyabr 2016 21:55
1 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes-Benz" şirkəti kupe GT-nin bazasında hazırladığı öz yeni rodsterinin sirrini açıb. Avtomobil "Mercedes-AMG" brendi altında buraxılıb və kabriolet "Porsche 911"-in rəqibi sayılır. Avtomobilin təqdimatı sentyabrın 29-da Paris avtosalonunda keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyin dizaynı "Mercedes-AMG GT3"-ü xatırladır. Avtomobil yığılıb-açılan yumşaq dam və stop-siqnalı olan böyük baqaj alıb. Avtomobilin damı 50 km/saat sürətdə açılıb-yığıla bilər. Bundan əlavə, avtomobil yenidən tənzimlənən asma ilə təchiz edilir. Yeniliyin dəqiq çəkisi məlum deyil. Əvvəllər bildirilirdi ki, rodsterin çəkisi 1700 kq olacaq.

"Mercedes-AMG GT"-nin baza versiyasını 4-litrlik, 470 a.g. olan biturbolaşdırılmış V8 ilə təchiz ediblər. "Mercedes-AMG GT S Roadster" adlı güclü versiya isə 550 a.g. verən təkmilləşdirilmiş V8 mühərriki ilə təchiz edilir. Aqreqatlar 7-pilləli avtomat sürət qutusu və "Speedshift" ikili mufta ilə təchiz edilib.

Bir qədər əvvəl məlum olub ki, "Mercedes-Benz" şirkəti gələcəkdə GT ailəsini genişləndirəcək. Rodsterlə yanaşı, daha bir yenilik isə trek üçün nəzərdə tutulan GT4 olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.