Maraqlı

Mercedes yeni Allroad təqdim etdi - FOTO

25 Sentyabr 2016 20:55
0 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes-Benz" yeni "Alroad" təqdim edib. Bu, universal "E-Class Estate"in bazasında yığılıb. "All-Terrain" adlanan tamötürücülü avtomobil kütlə qarşısına sentyabrın 29-da Paris avtosalonunda çıxacaq. Avropalı dilerlər yeniliyi 2017-ci ilin birinci rübündə əldə edə biləcəklər.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni "All-Terrain" standart universal "E-Class"-dan təkər arkalarında, kandarlarda və bamperlərdə plastik qoruyucu ilə fərqlənir. Yeniliyi baza versiyada 19-düymlük təkər diskləri ilə təchiz ediblər. O, pnevmo asılqan "Air Body Control" ilə təchiz edilir ki, onun sayəsində klirensi 121- 156 mm arasında dəyişmək olur. Ban sürət 30 km/saat olanadək hündür vəziyyətdə dayanacaq, bu limiti ötəndən sonra asılqan standart vəziyyətə qayıdır.

"Mercedes E-Class All-Terrain" satışa, həmçinin dizel mühərriklə çıxacaq. Söhbət 2,0-litrlik (194 a.g., 400 Nm fırlanma anı) mühərrikdən gedir. Universal 5 iş rejimi olan tam ötürücülü "4Matic" sistemi ilə təchiz edilir. Mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.