Maraqlı

“Apple” rəhbərindən Avropa İttifaqına sərt tənqid

1 Sentyabr 2016 08:58
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" rəhbəri Tim Kuk Avropa Komissiyasının korporasiyanı 13 milyard avro məbləğində cərimələməsinə münasibət bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, T. Kuk korporasiyanın saytındakı açıqlamasında bildirib ki, İrlandiya hökumətinin "Apple"a vergi güzəştləri tətbiq etdiyi haqda Avropa Komissiyasının ittihamı əsassızdır: "Biz qəribə vəziyyətdə qalmışıq: bizi rəsmi şəkildə ona borcumuzun olmadığını bildirən ölkənin hökumətinə əlavə vergi ödəməyə məhkum ediblər".
 
T. Kuk Avropa İttifaqının bu addımının tayı-bərabəri olmadığını söyləyib. O qeyd edib ki, Aİ komissarları İrlandiya vergi qanunvericiliyini öz istədikləri şəkildə dəyişdirməyə çalışırlar: "Bu cür davranış Aİ üzvlərinin suverenliyinə, onların vergi sisteminə və Avropanın hüquq prinsiplərinə ziddir".
 
"Apple" rəhbəri əmindir ki, Avropa Komissiyasının qərarı Avropaya investisiyaların gəlişinə və yeni iş yerlərinin açılmasına mənfi təsir göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.