Maraqlı

Tez zamanda hazırlanan göbələk salatı

31 Avqust 2016 23:57
Baxış: 27 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az atv.az-a istinadən bildirir ki, bu bol vitaminli salatı hazırlamaq həm az vaxtınızı alacaq, həm də tərkibindəki ərzaqları asanlıqla bütün mağazalarda tapa bilərsiniz.

Tərkibi:

1 banka turşuya qoyulmuş göbələk (Yazda təzə göbələkdən də istifadə edə bilərsiniz)
1 ədəd kök
Hərəsindən 1 ədəd olmaqla yaşıl, sarı, qırmızı və narıncı bolqar bibəri
1 ədəd turşu-xiyar
1 ədəd təzə xiyar
1 dəstə şüyüd
1 ədəd baş soğan
3 xörək qaşığı limon suyu
3 xörək qaşığı zeytun yağı
Duz, istiot

Hazırlanması:

Göbələkləri ikiyə bölün.Yerkökünü suda az bişirin. Qabığını soyub, uzun-uzun və nazik doğrayın. Bibərləri və xiyarları da uzun-uzun və nazik doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın. Soğanı soyun və yarı bölün.Onu uzununa incə-incə doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra suyunu tamamilə sıxıb bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin, zövqə görə duzlayıb istiotlayın. Qarışdırıb təxminəən 30-40 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.