Maraqlı

Din müəllimi şagirdini tovladı - FOTO

30 Avqust 2016 11:10
5 Şərh     Baxış: 3 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın paytaxtı Edinburq şəhərində yaşayan 28 yaşlı müəllim İzabell Qrehem işdən müvəqqəti olaraq kənarlaşdırılıb. O, 17 yaşlı şagirdini tovlamaqda və cinsi əlaqəyə sövq etməkdə suçlanır.

Milli.Az The Sun-a istinadən bildirir ki, Qərbi Lotian səmtindəki "Whitburn Academy"də xristian dininin əsaslarından, habelə akademik qaydada fransız dilindən dərs deyən İ.Qrehemlə bağlı Şotlandiyanın Ali Təhsil Şurası araşdırmalara başlayıb.

Tərbiyəsizlikdə suçlanan müəllimin işdən qovulacağı və onun pedaqoji fəaliyyət lisenziyasının ləğv ediləcəyi gözlənilir.
Polisdən verilən məlumata görə, insidentin məktəbdəki buraxılış günü baş verdiyi iddia olunur. Onlar Edinburqdakı "Travelodge" otelinin nömrəsində "eşq gecəsi" yaşayıblar.

İzabel Qrehem isə iddiaları rədd edir: "Bütün bunlar yalandır. Mən mömin xristian, mühafizəkar müəlliməm".

Müəllimin əri Endryu Uilki olayla bağlı heç bir şərh vermək istəməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.